14/04/2012 09:13

BƏƏ “Nimr” zirehli avtomobillərinin seriyalı istehsalına başlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4×4 təkər formullu “Nimr” zirehli avtomobillərinin seriyalı istehsalına başlayıb. Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib.

Bununla da BƏƏ İordaniyadan “Nimr”in istehsalı və modernləşdirilməsi hüququnu əldə edib. Nəqliyyat vasitələrini istehsalını “Tawazun Holding”in törəmə müəssisəsi olan “Nimr Automotive” şirkəti həyata keçirəcək.

Şirkət tərəfindən müxtəlif konfiqurasiyalarda 1800 ədəd “Nimr”in çatdırılmasına dair sifarişlər alınıb.

Qeyd edək ki, maşınların sınaqları Livan və Tunisdə keçirilib. Hazırda İordaniya istehsalı olan “Nimr”lər Liviya (130 ədəd) və BƏƏ-nin (500 ədəd) silahlanmasında yer alır. BƏƏ-də yığılmış birinci iki ədəd “Nimr” Abu-Dabidə ötən ilin fevralında keçirilmiş IDEX-2012 sərgisində nümayiş etdirilib.