20/02/2013 20:01

BƏƏ “Predator XP” alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan “Predator XP” tipli pilotsuz uçuş apparatı alacaq. “AzeriDefence”nin məlumatına görə, bununla bağlı müqavilə Abu-Dabi şəhərində keçirilən İDEX-2012 sərgisinin ikinci günü imzalanıb.

Müqavilənin dəyəri 197 milyon ABŞ dolları təşkil edir. Müqavilə aparatların çatdırılmasını, həmçinin texniki dəstəyi və logistik təminatı nəzərdə tutur.