21/01/2015 13:43

“BAE Systems” 12 mikronluq Termal Nişangahını təqdim edib

“BAE Systems” termal texnologiyalarda yenilik edərək təkmilləşdirilmiş 12 mikronluq Universal Termal Nişangahını (UTC® XII) təqdim edib. Bu barədə “AzeriDefence” “BAE Systems” şirkətinin saytına istinadən məlumat verib.

Yeni texnologiya linzaların ölçüsünü, sistemin ümumi çəkisini və batareyadan istifadəsini ciddi şəkildə azaldır.

Şirkətin optik sistemlər üzrə direktoru Marc Casseres bildirib ki, 12 mikron texnologiya istifadəçilərə bütün hava və görüntünün məhdud olduğu şəraitdə təhdidləri aşkarlamaq, tanımaq və məhv etmək imkanı verir. Yeni nişangah ABŞ ordusunun uzaq mıənzilli snayperlərinin komplektləşdirilməsində yer alacaq.