27/04/2012 11:22

BAE Systems Səudiyyə Ərəbistanının F-15S təyyarələrini yeniləyəcək

BAE Systems şirkəti Səudiyyə Ərəbistanı ilə bu ölkənin inventarındakı F-15S tipli döyüş təyyarələrinin döyüş elektronikasının müasirləşdirilməsinə dair müqavilə imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə BAE Systems şirkəti öz saytında məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 367 milyon ABŞ dolları təşkil edir. Müqavilə 70 ədəd Rəqəmsal Elektronik Döyüş Sistemi (Digital Electronic Warfare Systems / DEWS) və Raket Aldadıcı Sistemin (Common Missile Warning Systems / CMWS) çatdırılmasını əhatə edir.

BAE Systems şirkətinin istehsal xəttinin direktoru Con Nyilisin sözlərinə görə, bu səylər vasitəsilə Səudiyyə Ərəbistanının mövcud F-15 təyyarələri yeni nəsil F-15 təyyarələri ilə eyni imkanlara malik olacaq.