29/06/2013 07:29

BAE Systems yeni idarə olunan mərminin sınaqlarını keçirib

BAE Systems United Technologies Corporation şirkəti ilə birlikdə MS-SGP (Multi-Service Standard Guided Projectile) unifikasiya edilmiş idarə olunan mərminin sınaqlarını keçirib. Bu barədə “AzeriDefence” BAE Systems şirkətinə istinadən məlumat yayıb.

Yeni mərminin atışları 127 mm çaplı 62 kalibr Mk 45 Mod 4 topundan həyata keçirilib.

Bu mərmi stasionar və ya hərəkət edən hədəflərin məhv edilməsi üçün nəzərdə tutulur.

MS-SGP mərmisinin maksimal atış uzaqlığı 100 kilometr, dəqiqlik 5 m təşkil edir.