09/05/2015 22:57

Bakı və Naxçıvanda Azərbaycan-Türkiyə təlimi başlayır

Bu dəfə Quru Qoşunları Gələn həftə Bakı və Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi başlayır.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən məlumat verib.

Mayın 11-də başlayacaq təlim 15 may tarixinədək davam edəcək. Təlimin məqsədi Azərbaycan və Türkiyə Quru Qoşunlarnıın birlikləri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparmaqdır.

Türkiyə Silahlı Qüvvələrindən hərbi təlimin Bakıda tabor səviyyəsində keçiriləcək bölümünə bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə motoatıcı taqım qatılacaq.