28/11/2017 11:15

Bakıda avtoparkda zenit top mərmiləri tapıldı – FOTO

Noyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 10 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olunması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri həmin əraziyə göndərilib.

Həmin ünvanda avtopark ərazisinə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.