29/01/2016 11:09

Bakıda Azərbaycan-Türkiyə müdafiə sənayesi görüşünün keçirilməsi planlaşdırılır

Mart ayında Bakıda Türkiyə müdafiə sənayesində iştirak edən şirkətlərin iştirakı ilə Azərbaycan-Türkiyə müdafiə sənayesi görüşünün keçirilməsi planlaşdırılır.

“AzeriDefence”nin Türkiyə müdafiə sənayesindən əldə etdiyi eksklüziv məlumata görə, görüşün yax;n aylarda keçirilməsi nəzərdə tutulur.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) təşkilatçılığı altında Azərbaycana gələcək heyətdə 20-yə yaxın şirkətin nümayəndəsi təmsil olunacaq. Səfər çərçivəsində hərbi qurumlarda görüş və şirkətlərin imkanlarına həsr olunmuş təqdimatların keçirilməsi nəzərdə tutulur. Nümayəndə heyətinin əsas görüşü Müdafiə Sənayesi Nazirliyində olacaq və Azərbaycanın müdafiə sənayesi müəssisələrinə tanışlıq ziyarəti gerçəkləşdiriləcək.

Qeyd edək ki, birinci belə görüş 2008-ci ildə, daha sonra 2013-cü ildə keçirilib.