26/04/2012 09:06

Bakıda Azərbaycan və NATO arasında MTT üzrə işçi görüşü keçirilir

Bakıda Azərbaycan Müdafiə Nazirliyi və NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Aprelin 24-də başlamış görüş aprelin 27-dək davam edəcək.

İşçi görüşünün əsas məqsədi Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) MTT üzrə qəbul edilmiş Tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir.

Tədbir zamanı MTT üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində Hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlər üzrə təcrübə mübadiləsi aparılır.