15/05/2014 11:35

Bakıda Azərbaycan və NATO hərbi dənizçilərinin görüşü keçirilir

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib.

Tədbir mayın 15-də başa çatacaq.