24/10/2016 21:31

Bakıda Bolqarıstanın kodifikasiya sisteminin imkanlarına dair təqdimat keçirilib

Azərbaycan və Bolqarıstan Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bolqarıstanın hərbi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bolqarıstan mütəxəssisləri bu ölkənin BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.

Tədbirdə NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə, onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbəredici sənədlərin hazırlanmasına dair müzakirələr də aparılıb.