26/09/2012 07:01

Bakıda “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs başlayıb

Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.

Kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.