12/02/2013 05:15

Bakıda hərbi helikopter qəzaya uğrayıb

Bakıda hərbi helikopter qəzaya uğrayıb. “AzeriDefence”nin məlumatına görə, helikopter Bibiheybət qəsəbəsi yaxınlığında – Şıx çimərliyindən bir qədər uzaqda dənizə düşüb.

Hazırda FHN-in xilasediciləri hadisə yerindədirlər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri – kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.