26/06/2018 16:51

Bakıda keçirilmiş parad və aviaşoudan FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi bu gün Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə hərbi parad və aviaşou keçirilib.

“AzeriDefence”nin məlumatına görə, hərbi paradda Azərbaycan Ordusunun son illər əldə etdiyi yeni silah və texnikaların bir hissəsi nümayiş etdirilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri səmada üçrəngli bayrağımızın rəsmini çəkib və helikopterlər 100 rəqəminin yazılış formasında uçuş ediblər.

Daha sonra Türkiyə HHQ-nin “Türk Yıldızları” və “Solo Türk” akrotimlərinin aviaşousu olub. Aviaşouda uçuş edən Türk pilotları radiostansiya ilə yerdəki izləyiciləri salamlayıblar.

Parad və aviaşou minlərlə paytaxt sakini tərəfindən coşğuyla izlənib.

Qeyd edək ki, bu “Türk Yıldızları”nın 2001-ci ildən sonra Azərbaycanda ikinci aviaşousudur.

AZERİ DEFENCE paraddan və aviaşoudan hazırladığı fotoreportajı təqdim edir.