27/09/2012 07:36

Bakıda “Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə” mövzusunda təlim kursu başlayıb

Bakıda Azərbaycan hərbçiləri üçün “Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə” mövzusunda təlim kursu başlayıb. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

Təlim kursu NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən keçirilir.

Kursda NATO-nun əldə hazırlanmış partlayıcı qurğularla mübarizə strategiyası, strukturu, fəaliyyət planı, rəhbər sənədləri, standart əməliyyat prosedurları mövzuları müzakirə edilir. Kurs sentyabrın 28-dək davam edəcək.