30/06/2013 08:09

Bakıda MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək

Sentyabrın 10-da Bakıda MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək. Bu barədə “AzeriDefence” MDB İcraiyyə Komitəsinin saytına istinadən məlumat yayıb.

İclasda MDB üzv ölkələrin sərhədlərindəki vəziyyət, sərhəd qurumları arasındakı əməkdaşlığın perspektivləri, terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri müzakirə olunacaq.