21/05/2014 09:50

Bakıda “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda kurs keçirilir

Bakıda “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu keçirilir. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu keçirilir.

Təlim kursunda beynəlxalq maddi-texniki təminatın əsasları, NATO-da planlaşdırma, strateji hərbi hava vasitələrinin təminatı və digər mövzular dinləyicilərin diqqətinə çatdırılacaqdır.
Kurs mayın 23-də sona çatacaq.