16/03/2019 14:59

Bakıda NATO ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakıda Azərbaycanın NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Bu barədə AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunub.