05/06/2018 13:14

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modul”u mövzusuna dair müzakirələr aparılacaqdır.