11/03/2019 12:58

Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.