06/03/2019 18:55

Bakıda NATO-nun təlim qrupu tərəfindən seminar keçirilir

Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilən Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO (NEL-1) qiymətləndirilməsinə hazırlıq məqsədilə Bakıda “Helikopterlərin iştirakı ilə hava əməliyyatları” mövzusunda seminar keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumt verilib.

NATO-nun mobil təlim qrupu tərəfindən keçirilən və martın 8-dək davam edəcək seminarda müxtəlif mövzularda brifinqlər təqdim ediləcək.