08/01/2018 11:23

Bakıda NATO və Rusiya Silahlı Qüvvələrinin rəhbərləri görüşəcək

Yanvar ayında Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeriy Gerasimov ilə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Kertis Skaparotti görüşü planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “BuzzFeed” nəşri Amerika və Avropa məmurlarına istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, Skaparotti və Gerasimov arasındakı telefon danışığında hərbi əlaqələrin bərpa edilməsinə qarşılıqlı maraq olduğu ifadə olunub.

Xatırladaq ki, bu son üç ildə Rusiya və NATO hərbi əlaqələrinin dondurulmasından sonra tərəflər arasında ilk görüş olacaq.

Məlumatda o da qeyd olunub ki, bundan başqa fevral ayında da ABŞ və Rusiya hərbi nümayəndələri arasında görüşü keçiriləcək.