11/02/2014 06:11

Bakıda OCC taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə görüş keçirilir

Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü işə başlayıb. Görüş fevralın 13-də başa çatacaq.

Fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən “İnsan resurslarının idarə edilməsi” mövzusunda seminar keçiriləcək.