06/09/2019 20:05

Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub

Bakıda Pakistan Respublikasının Milli Müdafiə Günü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə keçirilən qəbulda xarici ölkələrin Azərbaycandakı diplomatları, hərbi attaşeləri, Aərbaycanın Müdafi Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov, Daxili Işlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların zabitləri, hərbi ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Nadem Çaudhari və səfiri Səid Xan Mohmand Pakistan Silahlı Qüvvələrinin keçdiyi yola nəzər salıb, Kəşmir problemindən bəhs ediblər.

Mərasimdə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İSPR) tərəfindən hazırlanmış videoroliklər və hərbi musiqilər səsləndirilib.