28/12/2017 13:37

Banqladeşdə hərbi təyyarələr toqquşub, mülki əhali xəsarət alıb – FOTO

Banqladeş Hərbi Hava Qüvvələrlərinə (HHQ) məxsus “Yak-130” tipli iki təlim-döyüş təyyarəsi toqquşub.

“AzeriDefenece”nin məlumatına görə, bu barədə yerli “bdnews24” agentliyi məlumat yayıb.

Banqladeş HHQ-nin 21-ci eskadrilyasının tərkibinə daxil olan “Yak-130” təlim-döyüş təyyarələri Çittaqonq şəhəri yaxınlığındakı Zahur aviasiya bazasından havaya qalxıb.

Çittaqonq şəhəri üzərində təlim keçən “Yak-130” təyyarələrinin toquşması zamanı pilotlar katapult edə biliblər və 4 heyət xəsarət almadan həyatları xilas olub.

Hər iki təyyarə Maxeşkali adasına düşüb, şəxsi yaşayış evlərinə və sakinlərə ziyan dəyib. Ən azı 7 yerli sakinin xəsarət aldığı bildirilir.

Məlumatda o da qeyd olunub ki, Banqladeşdə bu il ikinci dəfə Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarəsidə qəza hadisəsi baş verib. Banqladeşdən fərqli olaraq, digər ölkələrdə “Yak-130” istifadəçilərində xoşagəlməz hadisə baş verməyib.