07/01/2017 09:16

Banqladeş ilk milli döyüş gəmisini suya endirib

Banqladeşin ilk milli istehsalı olan “BNS Durgam” adlı dəniz patrol gəmisi suya endirilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“BNS Durgam” gəmisi Banqladeşin “Khulna” tərsanəsində tikilib.

Gəmi Çinin “Wuchang” tərsanəsində tikilən və 2013-cü ildə Banqladeşin Hərbi Dəniz Qüvvələrinin invertarına qoşulan “Durjoy” sinifi LPC ilə eyni dizayna sahibdir.

Məlumatda o da qeyd olunub ki, 64,2 metr uzunluğda olan “BNS Durgam”ın subasımı 648 tondur. “BNS Durgam” LPC 4 gəmi əleyhinə C-704 raket kompleksi, 1 ədəd 76 mm-lik və 2 ədəd 25 mm-lik top ilə də silahlandırılıb.