11/10/2014 14:23

Baş nazirin iştirakı ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

Baş nazir Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib.Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda baş nazirin müavini Abid Şərifov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.