18/09/2013 06:25

Baş Qərargah Suriya helikopterinin vurulmasının detallarını açıqladı – RADAR İZİ

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı sərhədi pozmuş Suriya Ordusuna məxsus helikopterin vurulmasının detallarını açıqlayıb. Bu barədə “AzeriDefence” Baş Qərargahın saytına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, Mi-17 tipli bir Suriya helikopteri Türkiyə sərhədində 26 dəniz mili məsafədəykən, sentyabrın 16-sı saat 13:41-də Diyarbəkirdəki Birləşmiş Nəzarət və Xəbərdarlıq Mərkəzi tərəfindən təsbit edilərək izlənməyə başlayıb.
Sərhədə 5 dəniz mili məsafədə olduqda helikopterə Türkiyə hava sahəsinə yaxınlaşdığına dair xəbərdarlıq edilib. buna baxmayaraq Suriya helikopteri Türkiyə hava sahəsinə yaxınlaşmağa davam edib. Saat 14:25-də Hatay/Yayladağ bölgəsindəki Güvəççi sərhəd məntəqəsi bölgəsində Türkiyə hava sahəsini təxminən 14200 fut yüksəklikdə və 2 km dərinlikdə pozub.

Belə olan təqdirdə bölgədə patrul uçuşu yerinə yetirən iki ədəd F-16 təyyarəsinin biri tərəfindən saat 14:27-də Türkiyə hava sahəsində vurulub. Vurulmuş helikopter sərhəddən təxminən 1 km içəridə Suriya ərazisinə düşüb.