29/04/2016 23:28

“Bayraqdar” ikinci atış testini keçib

Türkiyənin “Baykar Makina” şirkəti pilotsuz uçuş zərbə aparatının (PUZA) sınaqlarını yekunlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmail Dəmir Twitter hesabında yazıb.

Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən “Baykar Makina” şirkəti TB2 “Bayraqdar” PUA-dan ikinci atış sınaqlarını uğurla icra edib.

Sınaqlar zamanı “Bayraqdar” ROKETSAN-nın istehsal etdiyi MAM-L raketi ilə 8 km məsafədən yerdə olan 4 metrlik hədəfi tam dəqiqliklə vurub. Raket hədəfi yarıb keçərək partlayıb.

Qeyd edək ki, ROKETSAN-nın PUA-lar üçün istehsal etdiyi MAM-L və MAM-C raketlərinin ağırlıqları 22,5 kq, döyüş başlığı isə 10 kq təşkil edir.

Bu sınaqdan uğurlu keçən PUA kalifikasiya mərhələsin tamamlayıb.