22/11/2017 11:15

BƏƏ-nin Milli Müdafiə Kollecinin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri, briqada generalı Salim Əl-Şamsi Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayədə heyəti akademiyada ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Qonaqlara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası”, “Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq fəaliyyəti” və “Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik siyasəti, onun prioritetləri” haqqında brifinqlər təqdim olunub.

Sonda briqada generalı Silahlı Qüvvələrin Hərbi Akademiyasının xatirə kitabına ürək sözlərini yazıb.