27/02/2017 16:30

Belarusun antidron sistemi – “Qroza-R”

Belarusun KB “Radar” müəssisəsi yeni yaradılan “Qroza-R” portativ antidron sistemini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, bu texnologiya KB “Radar”ın “Qroza” radioelektron mübarizə vasitələri ailəsinin yeni nümunəsidir.

Sistem silah gövdəsi üzərinə birləşdirilmiş üç istiqamətləndirilmiş antendən ibarətdir.

Hədəfi nişan almaq üçün qurğu “Şturman” optik nişangahla təmin olunub.

“Qroza-R” multikopter, hərəkətsiz qanadlara sahib yüngül çəkili dronlara qarşı yaradılıb.

Sistem drona gələn siqnalı 5 km məsafədə kəsir.

“Qroza-R”in çəkisi 10 kq-dır. Bunun 8 kq-sı qurğu, 2 kq-sı isə “tüfəng” bölməsidir.