27/10/2013 11:34

Belarus Azərbaycana 93 ədəd T-72 tankı, 90 ədəd D-30 haubitsası satıb

Belarus son iki ildə Azərbaycana əhəmiyyətli həcmdə silah və hərbi texnika satışını həyata keçirib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Belarusun BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.Hesabatlara görə, 2011-2012-ci illərdə Belarus Azərbaycana 93 ədəd T-72 tankı, 60 ədəd BTR-70 tipli zirehli transportyor, 5 ədəd Su-25 tipli döyüş təyyarəsi satıb.

Bundan başqa, Belarus Azərbaycana 90 ədəd 122 mm çaplı D-30 topunun satışını gerçəkləşdirib.