17/05/2019 17:18

Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Azərbaycan silahları ilə tanış olub

May ayının 17-də – MILEX-2019 sərgisinin üçüncü günü Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, R. Qolovçenkoya MSN tərəfindən nümayiş etdirilən silah və sursatlar barədə məlumat verilib.

Qolovçenko MİLEX sərgisinə ilk dəfə qatılan Azərbaycan MSN-ə öz minnətdarlığını ifadə edib. İki dövlətin müdafiə sənayesində əməkdaşlığının genişləndirilməsi üçün böyük imkan və potensialın olduğunu vurğulayıb.

Belarus rəsmisi Azərbaycan istehsalı olan atıcı silahlar və döyüş sursatlarına marağını ifadə edib.

Qeyd edək ki, MILEX-2019 sərgisi öz işini mayın 18-də yekunlaşdıracaq.