05/12/2017 17:20

Belarus hava hücumundan müdafiəni gücləndirir

Belarus Rusiyadan 9K332MK “Tor-M2K” yaxın mənzilli zenit-raket komplekslərinin satın alınmasını davam etdirir.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, cari ilin oktyabrında Belarus Müdafiə Nazirliyi Rusiya ilə “Tor-M2K” ZRK-lərin alğı-satqısına dair müqavilə imzalayıb.

Müqaviləyə əsasən Rusiya Belarus Silahlı Qüvvələrini “Tor-M2K” ZRK-nin beşinci batareyası ilə təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildən 2016-ci ilə qədər Belarus Hava Hücumundan Müdafiə Qoşunları Rusiyadan 9K332MK “Tor-M2K” yaxın mənzilli zenit-raket komplekslərinin dörd batareyasını alıb.