02/12/2017 21:21

Belarus “Polonez-M” YARS-in sınaqlarını tamamlayıb

Belarusun Dəqiq Elektromexanika Zavodu “Polonez” yaylım atəşli reaktiv sistemin 300 km atış uzaqlığına malik “Polonez-M” səviyyəsinə çatdırılması üzrə modernləşdirmə işləri aparır.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Məlumatda qeyd olunur ki, noyabrın 30-da Komitənin müvafiq komissiyası oktyabr ayının 26-da həyata keçirilmiş müasirləşdirilmiş məmulatın atış sınaqlarının yekununa dair aktı imzalayıb.

Qomel rayonundakı poliqonda keçirilən sınaqlar zamanı 299 km məsafədə raketin dəqiq atışı olub.

Layihə çərçivəsində kompleksin təkərli şassisi, əlaqə vasitələri və məlumatların ötürülmələri və proqram təminatı yenilənib. Buraxıcı qurğu MZKT 7930-3013 maşınına yerləşdirilib. Maşında şəxsi heyətin partlayış təsirlərindən müdafiəsi nəzərə alınıb.