30/01/2017 16:38

Belarus reaktiv yaylım atəş sistemləri üçün yeni raketlər hazırlayıb

Belarus BM-21 “BelQrad” reaktiv yaylım atəş sistemi üçün yeni döyüş sursatı hazırlayıb.

“AzeriDefence”nin Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Minsk Dəqiq Elektromexanika Zavodunun direktor müavini Yuri Anikeyev bildirib.

Yeni döyüş sursatının əvvəlkindən daha güclü və artırılmış atış mənzilinə sahib olduğu bildirilir.

9M521MB indeksi almış reaktiv raket 40 kilometr atış məsafəsinə malikdir.

“Radio partladıcının tətbiqi zamanı atış effektivliyi 4 dəfədən 7 dəfəyədək artır”, – deyə Anikeyev bildirib.

9M522MB indeksli digər raket isə standart 9M22U mərmilərindən 5-7 dəfə güclüdür.

Hər iki raketin seriyalı istehsalına başlanıb və Belarus Ordusunun silahlanmasına qəbul edilib.