07/05/2019 13:30

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti hərbi hissədə olub

Azərbaycanda rəsmi səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissədə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.