14/05/2015 15:39

Belarus uzaqmənzilli atəş sistemi istehsal etdi


Belarus uzaqmənzilli reaktiv atəş sistemini nümayiş etdirib.
“AzeriDefence”nin məlumatına görə, mayın 9-da Minskdə keçirilən hərbi keçiddə Belarus hərb sənayesinin istehsalı olan “Polonez” reaktiv atəş sistemi nümayişə çıxarılıb.
MZKT-7930 üzərində quraşdırılan sistem iki 8 lüləli buraxılış qurğusuna malikdir. “Polonez” 200 km məsafədə eyni vaxtda açılan atəşlə 8 hədəfə dəqiq zərbə endirə bilir.

Atəş sisteminin 2016-cı ildən Belarus Silahlı Qüvvələrinin istismarına verilməsi planlaşdırılır.

Müqayisə üçün isə bildirilir ki, buna bənzər sistem “China Academy of Launch Vehicle Technology” şirkəti tərəfindən istehsal olunub. Qeyd olunur ki, “Polonez” Çin istehsalı olan A200 tipli 301 mm-lik raketin eynisidir.