31/01/2012 13:48

Belarus və Qazaxıstanın S-400-ləri 2015-ci ildən sonra

Rusiya 2015-ci ildən başlayaraq Belarus və Qazaxıstanı S-400 “Triumf” yeni zenit-raket sistemləri ilə təmin edəcək. “AzeriDefence” saytının məlumatına görə, Rusiya Federasiyası Hərbi-Sənaye Komissiyasının yaydığı məlumata görə, 2020 ilə qədər bu ölkənin 30 zenit-raket alayı S-400 sistemləri ilə yenidən silahlandırılacaq. Həmçinin Hava-Kosmik Müdafiə Qüvvələri 10 ədəd S-500 divizionu ilə təchiz ediləcək.

Hazırda “Almaz-Antey” Konserni çoxkanallı universal uzaqmənzilli S-500 zenit-raket sistemi üzərində çalışır. Sistemin hazırlığının 2013-cü ildə sona çatdırılması planlaşdırılıb. Ümumilikdə Rusiya Silahlı Qüvvələri üçün 10-a yaxın S-500 divizion tədarük olunacaq.