27/04/2016 15:15

Belarusda kənardan idarə olunan “Adunok-B” atəş kompleksi yaradılıb – FOTO

Belarusda avtomatlaşdırılmış kənardan idarə olunan “Adunok-V” müşahidə-atəş kompleksi yaradılıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə,  kompleks “Displey” konstruktor bürosu tərəfindən yaradılıb.

Kompleksin silah arsenalı 12,7 mm-lik NSVT pulemyotundan və 30 mm-lik AQS-17 avtomatik qumbaraatandan təşkil olunub.

“Adunok-V”nin döyüş komplekti 100 patron və 50 qranatdan ibarətdir.

Kompleks 2000 metr məsafədə hədəfi görə bilən videokamera, 1000 metr-də termal, 2500 m-də isə lazer cihazla təchiz edilib.  Silahın ümumi çəkisi 261 kq-dır.

Kompleks tırtıllı və təkərli zirehli maşınlara, pilotsuz uçuş aparatlarına və sahil mühafizə gəmilərinə inteqrasiya edilə bilər.

belor_pul2