25/01/2017 21:17

“Beretta”nın yeni snayper tüfəngi T3X TAC A1 – FOTO/VİDEO

“Beretta Defense Technologies” (BDT) şirkəti “Shot Show 2017” sərgisində yeni silahı olan “Tikka T3X TAC A1” snayper tüfəngini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, “bolt action” – əllə tək-tək doldurma prinsipinə malik snayper tüfəngi BDT-nin Finlandiyadakı “Sako” fabrikində istehsal edilib.

Silahın gövdəsi alüminium ərintidən hazırlanıb. Snayper tüfəngi qatlanan və uzunluğu və yanağı tənzimlənən qundağa, ön hissədə ayaqlara, lülə qutusu və lülənin üzərində aksesuarların birləşdirilməsi üçün pikatini relsinə, 10+1 patron tutumlu darağa, çıxarıla bilən lüləağzı kompensatora və hamar lüləyə sahibdir.

Snayper tüfənginin .260 Remington, 6.5 mm Creedmoor və .308 Winchester patronlardan istifadə edən versiyaları olacaq.

Tüfəngin çəkisi aksesuarlarsız .308 Winchester versiyasında 4.7 kq, .260 Remington versiyasında 4.9 kq, 6.5 mm Creedmoor versiyasında 5.1 kq-dır. Tüfəngin uzunluğu . 308 Winchester versiyasında 910 mm, qundaq yığıldıqda 676 mm, lülə uzunluğu 406 mm, .260 Remington versiyasında 1011 mm, qundaq yığıldıqda 776 mm, lülə uzunluğu 510 mm, 6.5 mm Creedmoor versiyasında isə uzunluq 1104 mm, qundaq yığıldıqda 869 mm, lüləsinin uzunluğu 620 mm-dir.

TAC_A1_length_20_2000 berettarifle2 Tikka-T3x-TAC-A1-precion-rifle