22/01/2018 18:14

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Azərbaycanda səfərdədir

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad ediblər.

Yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulur.

Görüşlərdə CISM ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaqdır.