12/08/2018 13:21

“Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının bağlanış mərasimi keçirilib

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, Azərbaycan hərbçiləri İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.