18/05/2017 13:11

Beynəlxalq Ordu Oyunlarında 30 ölkə iştirak edəcək

İyulun 29-dan avqusutun 12-dək davam edəcək üçüncü Beynəlxalq Ordu Oyunlarında 30 ölkənin hərbçiləri iştirak edəcək.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, oyunlar Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan və Çin ərazilərində təşkil oluncaq.

Rusiya Silahlı Qüvvələrinin baş idarəsinin rəis müavini general-mayor Dmitri Qorbatenkonun sözlərinə görə, oyunlara maraq yüksək səviyyədədir:

“Komandaların sayı hər il artır. İndiyə kimi 28 ölkə, o cümlədən Rusiya daxil olmaqla oyunlarda iştirakını təsdiqləyib. Daha 120 komanda isə müxtəlif müsabiqələrdə təmsil olunacaq”.

General əlavə edib ki, iştirakçı ölkələrin sayı hələ tam müəyyənləşməyib.

“Daha 16 ölkə oyunlarda iştirak etməkdə maraqlıdır. Ancaq qəti qərar verilməyib. İyulun 1-nə qədər oyunlarda iştirak üçün ərizələr qəbul edəcəyik. Əvvəlcədən 73 ölkəyə həmçinin NATO ölkələrinə oyunlarda iştirakla bağlı dəvət göndərilib”, – deyə D.Qorbatenko qeyd edib.

Daha əvvəl xəbər verildiyi kimi ölkələr arasında keçiriləcək ordu oyunları (səhra, hava və dəniz təlimləri ürzə) 28 müsabiqədən ibarət olacaq. 2017-ci ildə oyunlara beş yeni müsabiqə daxil ediləcək.