18/02/2019 21:11

Beynəlxalq “Qış təlimi – 2019” davam edir – VİDEO

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da Azərbaycan hərbi qulluqçularının iştirakı davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin ssenarisinə əsasən qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində Azərbaycanı layiqincə təmsil edirlər.