28/11/2012 12:40

Beynəlxalq Humanitar Minatəmizləmə – 2013 sərgi və simpoziumuna hazırlıq başlayıb

Gələn il aprel ayının 23-dən 25-dək Xorvatiyada keçiriləcək X Beynəlxalq Humanitar Minatəmizləmə – 2013 sərgi və simpoziumuna hazırlıq işlərinə start verilib. Bu barədə “AzeriDefence”yə sərgi-simpoziumun katibliyindən bildirilib.

CROMAC-ın Test, İnkişaf etdirmə və Təlim Mərkəzi tərəfindən Sibenik şəhərində düzənlənəcək tədbirdə bir sıra şirkətlər tərəfindən müasir texnologiyalar – minatəmizləmə maşınları, metal detektorlar, müxtəlif sensorlar və yeni təchizatlar təqdim olunacaq. Həmçinin təqdim edilən texnologiyaların çöl şəraitində sınaqları keçiriləcək.

Simpoziumda mina təhlükəsi, humanitar minatəmizləmə sahəsində hərbi və mülki təşkilatların təcrübəsi, humanitar minatəmizləmədə yeni texnologiyalar, mina qurbanlarına yardım fondlarının fəaliyyəti, yeni texnologiyaların testləri və təlimlər barədə məlumatlar təqdim ediləcək.

Contact

Web: www.ctro.hr
Sanja Vakula
HCR-CTRO d.o.o.
Symposium Secretary
Tel: +385 1 650 0020
Fax: +385 1 652 0301