06/09/2018 12:55

Biləsuvarda 2 ədəd PHS və 1 ədəd tapanca aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 5-də Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapanca aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 14 000 kv.m əraziyə yerüstü və 900 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

5 gün ərzində ərazidə aparılanəməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 667 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 44 500 kv.m əraziyə yerüstü və 2 560 kv.m əraziyə isə yeraltı baxış keçirilib.