24/06/2016 21:34

Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.