09/03/2018 14:31

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan 300 ədəd AIM-9X-2 “Sidewinder” raketi alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan 300 ədəd AIM-9X-2 “Sidewinder” Blok II raketləri alır.

“AzeriDefence” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Alğı-satqı müqaviləsinin dəyəri 270.4 milyon ABŞ dolları təşkil edir. Müqaviləyə raketlərlə yanaşı 40 ədəd AIM-9X-2 “Sidewinder” təlim raketi, habelə konteynerlər, ehtiyat hissələri, dəstək avadanlıqları, logistika xidmətləri daxildir.

Layihə üzrə baş podratçı “Raytheon Missile Systems” şirkəti olacaq.