11/10/2017 14:30

BMP-3 “Dragun” piyada döyüş maşınları seriyalı istehsala hazırdır

Rusiyanın “Traktor Zavodları” Konsernin hazırladığı yeni BMP-3 “Dragun” piyada döyüş maşınlarının sınaqları başa çatıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi və “Traktor Zavodları” Konsernin birgə keçirdiyi sınaqlarda BMP-3 “Dragun” piyada döyüş maşınları uğurlu performans nümayiş etdirib.

“Traktor Zavodları” Konsernindən verilən məlumata görə, “UTD-32T” mühərrikinə sahib BMP-3 “Draqun” seriyalı istehsala hazırdır. Konsern bundan başqa BMP-3 “Draqun” haqqında sualları cavablandırmaqdan imtina edib.